Noyabrın 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli ictimai xadim, xalq yazıçısı, Dövlət mükafatları laureatı Mirzə İbrahimovun anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, yubiley tədbiri prezident İlham Əliyevin "Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında" 19 iyul 2011-ci il tarixli sərəncamına əsasən təşkil olunur. Tədbirdə tanınmış ədəbiyyat və incəsənət xadimləri, millət vəkilləri, ziyalılar, ictimaiyyət nümayəndələri və yazıçının ailə üzvləri iştirak edəcəklər.
Zəngin proqramı olan yubiley tədbirində yazıçının pyeslərindən hissələr oynanılacaq, tanınmış musiqiçilərin ifaları səslənəcək və yazıçı ilə bağlı filmlərdən kadrlar nümayiş olunacaq.
Teatrın foyesində görkəmli ədibin kitablarından, onun həyat və yaradıcılığını əks etdirən çap məhsullarından ibarət sərgi açılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB