Xan Şuşinskinin anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib
Tədbirdə çıxış edən millət vəkili, Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin direktoru Rafael Hüseynov bildirib ki, müstəsna istedadı, geniş diapazonlu, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayəsində Xan Şuşinski hələ gənclik illərində böyük şöhrət qazanıb. O, Azərbaycan muğamlarını zənginləşdirib, bir neçə muğama yeni guşələr və şöbələr əlavə edib, özünəməxsus xırdalıq və gəzişmələrlə milli muğamlarımızı daha da təkmilləşdirib.
Tədbirdə unudulmaz sənətkarla bağlı xatirələrini bölüşən xalq artistləri Arif Babayev, Canəli Əkbərov və başqaları vurğulayıblar ki, Xan Şuşinski bütün növ muğamların mahir ifaçısı olub. O, ritmik muğamları qeyri-adi ustalıqla oxuyurdu, dinləyicidə böyük ruh yüksəkliyi oyadırdı. Xan Şuşinski geniş səs diapazonuna malik olmaqla yanaşı, Azərbaycan mədəniyyətini bütün dünyaya tanıtması ilə də xalq arasında böyük şöhrət qazanıb.
Tədbirdə sənətkarın həyat yolunu və ifaçılıq məharətini əks etdirən videomateriallar nümayiş olunub.
Gecədə tanınmış və gənc muğam ifaçıları geniş konsert proqramı ilə çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB