\"İki nəfər üçün oyun\"
Bu gün "2+1" Eksperimental Teatr Festivalı çərçivəsində \"Aktyorlar evi\"ndə festivalın açılışı keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq səhnədə çıxış edən Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov bildirib ki, arzusunda olduğum festivallardan biri bu gün baş tutur: \"İnanıram ki, 1 həftədən sonra bu festival yaddaşlarınızda silinməz izlər buraxacaq. Bu festivalda iştirak etmək özü bir qəhrəmanlıqdır. Azərbaycan teatrı hər zaman hərəkətdədir. Əsas tamaşaçı axınıdır ki, o da hələ ki yaxşı səviyyədədir\".


Tədbirdə çıxış edən Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov bildirib ki, festivalın məqsədi milli teatrda baş verən yaradıcılıq proseslərini daha da fəallaşdırmaq, teatrların əsas heyətini, xüsusən də gəncləri yaradıcılıq axtarışlarına sövq edərək, onların milli teatr ənənələrini saxlamaq şərtilə müasir dünya teatr prosesinə qoşulmaq meyllərinə istiqamət və dəstək verməkdir: "Fikrimcə, bu festivalın çox böyük əhəmiyyəti olacaq. Bu, müsabiqə deyil, festivaldır. Məqsəd gənclərin, eləcə də yaşlı nəslin hansı ritmdə yaşamasını göstərməkdir. Bütün teatrlara bir neçə ay öncədən elan verilib və festivalda yalnız arzu edən teatrlar iştirak edir. Bütün teatrlara imkan vermişik, kim hazırlaşıb, gəlib".


Daha sonra isə Elçin Hüseynbəylinin yazdığı \"İki nəfər üçün oyun\" tamaşasının premyerası gerçəkləşib. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı isə Azad Məmmədovdur.


Qeyd edək ki, "2+1" Eksperimental Teatr Festivalı noyabrın 26-da başa çatacaq. Noyabrın 28-də isə festivalın yekunlarına həsr olunmuş dəyirmi masa keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə