\"Mənim Bayrağım\" mövzusunda rəsm müsabiqəsi keçirilib

\"Mənim Bayrağım\" mövzusunda rəsm müsabiqəsi keçirilib
Bu gün Abşeron rəsm qalereyasında \"9 noyabr- Azərbaycan Dövlət Bayrağı günü\" münasibəti ilə Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında \"Mənim Bayrağım\" mövzusunda rəsm müsabiqəsi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə rəsm qalereyasının direktoru Eldəniz İbrahimov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov və başqaları iştirak edib.


Sərgidə çıxış edən qalereyanın direktoru bildirib ki, tədbirin keçirilməsində məqsəd 9 noyabr- Azərbaycan Dövlət Bayrağı gününün qeyd edilməsi, yeniyetmə və gənclərdə milli vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların istedad və yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, gənc nəsildə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanmasından ibarətdir.


Tədbirin davamında müsabiqənin qaliblərinə diplomlar və hədiyyələr verilib.


Qeyd edək ki, tədbir Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə