“Fantaziya” səyyar sirkinin proqramı nümayişə başlayıb - FOTOSESSİYA

“Fantaziya” səyyar sirkinin proqramı nümayişə başlayıb - FOTOSESSİYA

Artıq bir neçə gündür Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında "Fantaziya" səyyar sirkinin proqramı nümayişə başlayıb. SİA-nın məlumatına görə, Mirzə Abbasov 27 ildir bu sahədə çalışdığını, sovet dövründə məşhur akrobatlar qrupuna rəhbərlik etdiyini deyib. Onun sözlərinə görə, direktoru olduğu "Fantaziya" səyyar sirki dünyanın müxtəlif ölkələrində olub. 2007-ci ildən isə Azərbaycanın bölgələrinə səyahət edib. Sirk Bakıda birinci dəfədir böyük beynəlxalq proqramla çıxış edir. 2 saat yarımlıq proqrama 18 şir, 2 poni, hava gimnastları, jonqlyorlar və başqa nömrələr daxildir.

M.Abbasovun sözlərinə görə, 22 nəfərdən ibarət kollektivdə həmyerlilərimizlə yanaşı, Rusiya, Ukrayna və Fransadan mütəxəssislər çalışır: "Stadionun qarşısında qurduğumuz çadır 900 nəfər yer tutur. Bazar ertəsindən başqa hər gün iki seans nümayiş olunur.

Biletlərin qiyməti 6 manatdır, 3 yaşından aşağı uşaqlar üçün isə giriş pulsuzdur, deyən M.İbrahimov bildirib ki, tamaşaçıların təhlükəsizliyinə tam təminat veririk, lazımi bütün təhlükəsizlik tədbirləri həyata keçirilib: \"Sirkin reklamlarının yerləşdirilməməsinə gəlincə, direktor bunu sərhəddə şirin balalaması ilə izah edib. Bala şir sənədləşdirilənə qədər kollektiv xeyli problemlərlə qarşılaşıb. Ancaq hər şey öz qaydasındadır. Hələ ki balaların bacarıqlarından istifadə olunmur, ancaq 1-2 ilə onlarda səhnədə öz bacarıqlarını nümayiş etdirəcəklər\".

"Şirlər və pələnglər Fransa dövlətindən gəlib. Sirk Avropada fəaliyyətdə olub. Konstruksiya italyan konstruksiyasıdır. Tofiq Bəhramov stadionun qarşısını seçməkdə məqsədimiz bura mərkəz hesab olunmasıdır. Bildiyimiz kimi Bakıda yer tapmaq məsələsi bir az problemdir. Stadion təmirə bağlandığı üçün burada məskən salmağımız da heç bir problem olmadı. Heyvanların yemlənməsi və səhhətlərində baş verən problemlərin aradan qaldırılması üçün yerli mütəxəssislər məşğul olur",- deyə direktor əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə