İrəvan Dövlət Dram Teatrının kollektivi qastrola hazırlaşır

İrəvan Dövlət Dram Teatrının kollektivi qastrola hazırlaşır

İrəvan Dövlət Dram Teatrının kollektivi qastrola hazırlaşır. Bunu SİA-ya açıqlamasında teatrın direktoru İftixar Piriyev bildirib.

Onun sözlərinə görə, teatra Türkiyədən təklif gəlib: "Türkiyədə 10 böyük şəhərdə tamaşa oynamaq üçün dəvət almışıq. Orada "Xilaskar" və "Soyqırımı abidəsi" dastanının əsərini oynamalıyıq. Tam qəti qərar olmadığı üçün konkret fikir söyləyə bilmərəm. Bu dəvət Mədəniyyət və Turizm Nazirliyinin göndərişi ilə həyata keçməlidir".

İ. Piriyev onu da qeyd edib ki, təklifə görə 15 günlük müddətə İğdır, Kars, Manisa, İzmir, İstanbul, Ankara, Uşaq, Denizli bölgələrinə qastrol səfərlər nəzərdə tutulur: "Səfərimiz baş tutarsa o zaman noyabrda yola düşəcəyik".

Bununla yanaşı, teatrda yeni tamaşalar hazırlanır: "Teatrın baş rejissoru Oruc Qurbanov Molyerin "Məcburən doktor" əsərini təhvil verib. İkinci əsər isə hind nağılları əsasında yazılan "Uşaq" tamaşasıdır. Tamaşanın məşqləri artıq gedir. Vaqif Əsədov da müəllifi olduğum "İşıqlı nurlu sabah"ın məşqlərini davam etdirir".

Bütün xəbərlər Facebook səhifəmizdə