Emin Ağalarov Müslüm Maqomayev haqqında çəkilən verilişdə iştirak edib
Emin Ağalarov Azərbaycanın dünya şöhrətli müğənnisi Müslüm Maqomayev haqqında çəkilən verilişdə iştirak edib. SİA-nın müğənninin internet saytına istinadən verdiyi məlumata görə, Rusiyanın ORT kanalında hazırlanan "Respublikanın neməti" adlı veriliş Müslüm Maqomayevə həsr edilib.
Verilişdə Emin məşhur "The Beam of the Sun" ("Qızıl günəşin şüası") mahnını ifa edib. Bu mahnı Müslüm Maqomayev tərəfindən 1973-cü ildə "Bremen musiqiçilərin izləriylə" animasiya filmi üçün yazılıb.
Qeyd edək ki, böyük sənətkardan bəhs edən veriliş oktyabr-noyabr aylarında Rusiyanın "1-ci kanalı"nda nümayiş olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB