Teatrın əməkdaşları xaricdə təcrübə keçəcəklər

Teatrın əməkdaşları xaricdə təcrübə keçəcəklər

Əməkdar incəsənət xadimi rejissor Bəhram Osmanovun rəhbərliyi ilə Musiqili Komediya Teatrının bir qrup yaradıcı gənci yaxın günlərdə Rusiyaya yola düşəcək. Bu barədə SİA-ya teatrdan məlumat verilib. Gənc rəssamlar Sevinc Həsənova, Novruz Məmmədov və teatrın bədii quruluş hissə müdiri Hüseyn Hüseynov oktyabr ayının sonunda yeddi gün müddətinə Yekaterinburq şəhərində olacaqlar.

Musiqili Komediya Teatrının direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əlqismət Lalayev bu etimad və qayğı üçün teatr kollektivi adından Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevə dərin minnətdarlığını bildirib.

Ə.Lalayev onu da vurğulayıb ki, başqa ölkə teatrlarında təkcə yaradıcı şəxslərin deyil, texniki işçilərin də təcrübə keçməsi xüsusən vacibdir: "Çünki ölkənin demək olar ki, bütün teatrları, o cümlədən 102 yaşlı Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yenidən qurulur və bu gün Azərbaycan teatrlarında ixtisaslı texniki işçilərə də böyük ehtiyac duyulur".

Qeyd edək ki, Bəhram Osmanovla "Kimyagər" tamaşasının yaradıcı heyətinə daxil olan gənc rəssamlar Sevinc Həsənova və Novruz Məmmədov tamaşa üzərindəki eskizlərini də özləri ilə Rusiyaya aparacaq, qonşu ölkənin teatr rəssamları ilə məhz bu əsərin quruluşu ətrafında da məsləhətləşmələr aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə