\"Evrovision”un təşkilatı məsələlərin həyata keçirilməsi üçün qərargah yaradılacaq
2012-ci ildə keçiriləcək "Eurovision" musiqi yarışması ilə bağlı artıq turist şirkətləri qiymət paketlərini formalaşdırır. Əlavə mehmanxanaların açılışına da hazırlaşırıq və onların da qiymət siyasəti mövzusunda da müzakirələr gedir. Düşünürük ki, oktyabr ərzində geniş internet vasitəsilə, turist şirkətlərinin materiallarında öz əksini tapacaq. Lakin bu işin vahid mərkəzi olacaq. Qonaqların yerləşdirilməsi prosesi və bütün təşkilatı məsələlərin həyata keçirilməsi üçün qərargah yaradılacaq. Bu qərargah isə Heydər Əliyev Fondu tərəfindən idarə olunacaq". Bakıda 2-3 ulduzlu otellərin az olmasına gəlincə, Ə.Qarayev bu məsələnin həlli nazirliyi ciddi düşündürür: "Otəllərin inşasına yönələn vəsaitlər sərmayə vəsaitləridir və biz yalnız onalra tövsiyə xarakterli danışıqlar apara bilərik ki, sizin 2,5, 3, 4 ulduzlu otellərin turistlərin daha geniş cəlb olunmasına səbəb ola bilər. amma yekun nəticə yenə də sərmayəçinin özündən asılıdır. Odur ki, 3 ulduzlu və daha ucuz yerləşdirmə yerlərinin müəyyənləşdirilməsindən ötrü "Evrovision" müddətində xüsusi təkliflər hazırlayacağıq. "Eirovision"un keçiriləcəyi yerlə bağlı işlər isə prezidentin müvafiq sərəncamlarında öz əksini tapıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB