Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib - FOTO
Əbülfəs Qarayev işlərin məntiqi davamı olaraq Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalının bü gündən başladığını bildirərək qeyd edib ki, builki festivalın proqramı olduqca zəngindir: \"Festivalda Azərbaycan ilə yanaşı, Rusiya, Böyük Britaniya, ABŞ, Avstriya, Koreya Respublikası, Macarıstan, Almaniya və digər ölkələrdən görkəmli ifaçılar, musiqi kollektivləri iştirak edirlər\".
Festivalın açılış mərasimində Elnarə Kərimovanın rəhbərlik etdiyi "Buta" kamera xorunun ifasında Ü.Hacıbəylinin və digər yerli və xarici bəstəkarların əsərlərindən parçalar səslənib. "Buta"nın ilk ifasında Böyük Britaniya musiqişünası Conathan Rathbonenin aranjimanında Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasından xalq artist Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın solistliyi ilə bir parça ifa edilib.
"Buta" kamera xoru Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2010-cu ilin noyabrında yaradılıb. Xorun əsas məqsədi Azərbaycan xor musiqisini və müxtəlif dövrlərə aid olan dünya musiqi nümunələrini milli və beynəlxalq festivallarda, müxtəlif tədbirlərdə ifa edib respublikamızı layiqincə təmsil etməkdir.
Məlumat üçün bildirək ki, musiqi festivalı Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutur.
Qeyd edək ki, festival sentyabrın 30-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB