\"Hazırda Azərbaycanın televiziya məkanında mentalitetə uyğun olmayan xarici teleseriallar daha çox üstünlük təşkil edir\". SİA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşiravan Məhərrəmli Azərbaycan Respublikasında Milli Televiziyanın istehsalı sahəsində qarşıda duran vəzifələrlə bağlı keçirilən dəyirmi masada səsləndirib. O, bildirib ki, Azərbaycan xalqının mədəni irsini təbliğ edən, mənəvi-əxlaqi dəyərləri aşılayan televiziya filmlərinin nümayiş olunması daha çox üstünlük təşkil etməlidir. Eyni zamanda o qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən külli miqdarda ayrılan vəsait hesabına çəkilən filmlər təkcə xarici müsabiqələr üçün olmamalıdır.
Milli Televiziya və Radio Şurasının rəhbəri kino sahəsində görülən işlərin də qənaətbəxş olmadığını hesab edir.
İlkin Nəcəfov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB