Mədəniyyət və turizm naziri sabah Müslüm Maqomayevin abidəsinin açılışında ştirak edəcək

Mədəniyyət və turizm naziri sabah Müslüm Maqomayevin abidəsinin açılışında ştirak edəcək

Sabah Moskvada görkəmli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olacaq. Mərasimdə Azərbaycandan xüsusi nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinin tərkibində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də olacaq.

SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə məlumat verən nazir bildirib ki, nümayəndə heyətinin abidənin açılışında iştirakı prezidentin xüsusi tapşırığı ilə olacaq: "Azərbaycanın böyük oğlu, dahi musiqiçi Müslüm Maqomeyevin xatirəsinin əbədiləşdirilməsi üçün Moskva şəhərində inşa olunmuş abidənin açılışında mən də iştirak edəcəyəm. Ümidvaram ki, Moskvadakı bu ünvan Müslüm Maqomayev sənətinə pərəstiş edənlər üçün daimi ziyarət edilən, yada salınan bir məkan olacaq".


Qeyd edək ki, sənətkarın abidəsi heykəltəraş Aleksandr Rukavişnikov tərəfindən hazırlanıb və şəhərin mərkəzində yerləşən Azərbaycan səfirliyinin qarşısındakı parkda ucaldılıb. Abidənin hündürlüyü 4 metrə yaxındır.

Bütün xəbərlər Facebook səhifəmizdə