Yaşar Nuri YAP sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət edib
Azərbaycanın xalq artisti Yaşar Nuri Yeni Azərbaycan Partiyası (YAP) sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət edib. SİA-nın partiyanın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, xalq artistinin müraciətinə yaxın vaxtlarda cavab veriləcək.
Qeyd edək ki, ötən həftə Yaşar Nurinin 60 yaşı tamam olub. Yubiley ərəfəsində dövlət başçısı görkəmli aktyoru "Şöhrət" ordeni ilə təltif edib. Aktyorun yubiley mərasimi oktyabrın 5-də Akademik Milli Dram Teatrında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB