“Eurovision”un rəsmi saytında Azərbaycan haqqında məlumat yerləşdirilib - FOTO
"Eurovision" mahnı müsabiqəsinin rəsmi saytında Azərbaycan haqqında geniş məlumatlar yerləşdirilib. SİA-nın müsabiqənn rəsmi saytında olan məlumata əsaslanaraq xəbər verir ki, Azərbaycan əhalisinin İslam dininə etiqad etdiyini bildirilən informasiyada respublikamızın iqtisadiyyatından və milli mətbəxindən də bəhs olunub.
Yazıda Türkmənçay müqaviləsinin imzalanmasından sonra Azərbaycanın iki hissəyə bölünməsindən, 70 il ərzində sovet imperiyasının əsarəti altında olmasından və ölkəmizin 1991-ci ildə müstəqilliyini elan etməsindən söz açılıb.
Bakı haqqında məlumatda isə paytaxtın tarixi mərkəzinin onun keçmişini nümayiş etdirdiyi qeyd olunub. Bildirilib ki, "Eurovision-2012" müsabiqəsinə ev sahibliyi edəcək Bakı Qafqazın ən böyük şəhəri və Azərbaycanın paytaxtıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB