“YUĞ” teatrı mövsümü “Kafkadan salam” tamaşası ilə açacaq

“YUĞ” teatrı mövsümü “Kafkadan salam” tamaşası ilə açacaq

"YUĞ" teatrı mövsümü sentyabrın 17-də "Kafkadan salam" tamaşası ilə açacaq. SİA-nın məlumatına görə, tamaşa Frans Kafkanın "Hökm" adlı novellası əsasında qoyulub.


Səhnə əsərinə mərhum rejissor Vaqif İbrahimoğlu quruluş verib. Əsas rolları Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Yaqut Paşazadə, Vidadi İsmayıl, İlham Həsənli, Hikmət Rəhim və Vaqif Həsənov ifa edirlər.


Sentyabrın 24-də isə tamaşaçılara premyera tədqim edəcək. Bu, gənc rejissor Aytən Məmmədovanın Y.Onilin "Qarağaclar altında məhəbbət" əsəri əsasında "Kölgə" tamaşasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə