Amerikalı rejissor, ssenarist və prodüser Stiven Soderberq məşhur pianinoçu-homoseksual Liberaçenin həyatı haqqında film çəkmək niyyətindədir. SİA-nın xarici mətbuatına istinadən verdiyi məlumatına görə, rejissor çəkəcəyi filmdə baş rolu tanınmış kino aktyor Maykl Duqlas canlandıracaq.
Bir müddət əvvəl kino sahəsindən getməyi qərarlaşdıran, Ouşenanın dostları silsilə filmlərinin müəllifi və "Trafic" filminə görə Oskar mükafatçısı olan rejissor yeni filmin çəkilişlərinə qərar verdiyini bildirib.
Məlumat üçün bildirək ki, məşhur pianinoçu və şoumen Liberaçe 1987-ci ildə QİÇS xəstəliyindən vəfat edib. O məharətli ifaçılığı ilə yanaşı, həm də təkrar olunmaz imici ilə seçilib.
Qeyd edək ki, yeni filmin premyerasının 2013-cü ildə keçirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB