Səfurə Əlizadənin solo konsertinin tarixi bəlli olub- EKSKLÜZİV

Səfurə Əlizadənin solo konsertinin tarixi bəlli olub- EKSKLÜZİV

"Eurovision-2010" Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Səfurə Əlizadənin konsertinin tarixi bəlli olub. Bu barədə SİA-ya açıqlamasında gənc müğənni bildirib.

Onun sözlərinə görə, solo konsertə ciddi hazırlıq işləri gedir: "Konserti sentyabrın sonu oktyabrın əvvəllərinə planlaşdırmışıq. Konsertimdə albomumda olan mahnılar və canlı instrumental ifalar olacaq. Tam Amerika stilində konsert etmək istəyirəm. Elə şou olacaq ki, hələ Azərbaycanda elə şou olmayıb".

Müğənni onu da qeyd edib ki, solo konsertə başı qarışdığından yeni layihə haqqında hələ düşünmür: "Ancaq nəzərimdə var ki, əgər vaxt olsa, konsertimdən əvvəl klip çəkdirəcəyəm. Əgər olmasa, o zaman mütləq konsertdən sonra klip çəkəcəyik".

"Heydər Əliyev Sarayında baş tutacaq solo konsertdə mənimlə birgə səhnəyə rəqs qrupu çıxacaq. Məni səhnədə "Nero" rəqs qrupu müşayiət edəcək",- deyə S. Əlizadə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə