“Spice Girls” qrupu “Eurovision-2012” mahnı müsabiqəsində iştirak edə bilərlər

“Spice Girls” qrupu “Eurovision-2012” mahnı müsabiqəsində iştirak edə bilərlər
Böyük Britaniyanın dünya şöhrətli "Spice Girls" qrupu yenidən bir araya gələ bilərlər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qrup gələn il Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsində iştirak edə bilərlər.


Bu təklifi "Spice Girls" qrupunun keçmiş üzvü Ceri Haluel irəli sürüb. Bununla yanaşı, "Spice Girls" qrupu, 2012-ci il Yay Olimpiya Oyunlarının açılış mərasimində çıxış edəcək.

Əfsanəvi "Beatles" rok-qrupunun keçmiş üzvü Pol Makkartninin də qatılacağı 2012-ci il Yay Olimpiya Oyunlarının açılış mərasimində "Girl Aloud", "Coldplay", "Muse" kimi məşhur qrup üzvləri də iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə