Puerto-Rikonun San Xuan şəhərində Ümumdünya Kitabxana və İnformasiya Konqresi: Kitabxana Assosiasiyalarının Beynəlxalq Federasiyasının (İFLA) 77-ci Baş Konfransı və Assambleyası keçirilir. Konfrans "Biliyə sərbəst çıxış-davamlı inkişafın təşviqi" mövzusuna həsr olunmuşdur.
Azərbaycanın mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyev İFLA-nın 77-ci Baş Konfransı və Assambleyasında iştirak etmək məqsədilə Puerto- Rikoda səfərdədir. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən məlumat verilib.
Məlumata görə, konfransda rəqəmsal kitabxana mənbələrinin idarə edilməsi üçün strategiyalar, kənd təsərrüfatında ilkin biliklər üçün informasiya sistemləri, incəsənətdəki çoxşaxəliliklə bağlı problemlərin aradan qaldırılması, Mərkəzi Amerika və Karib Regionunda kitabxanalar, kitabxana xidmətində məlumat bazasının yaradılması, Kitabxana Assosiasiyaları Beynəlxalq Federasiyasının Ümumdünya hesabatı və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.
Qeyd edək ki, konfrans avqustun 18-nə kimi davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB