Bu gün Akif İslamzadənin ad günüdür

Bu gün Akif İslamzadənin ad günüdür

Bu gün tanınmış müğənni Akif İslamzadənin doğum günüdür. SİA-nın məlumatına görə, Akif İslamzadə 1948-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İxtisasca istehlakçı mühasibdir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1976-cı ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992-1993-cü illərdə Bakı şəhəri Baş Mədəniyyət İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, Akif İslamzadə xanəndə Sara Qədimovanın oğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə