Əbülfəs Qarayev nazirliyin internet saytında xarici dil probleminə aydınlıq gətirdi
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nazirliyin internet saytında rus və ingilis dillərində məlumatların köhnə olması ilə bağlı məsələyə münasibət bildirib. SİA-nın xəbərinə görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, nazirliyin rəsmi saytının yenilənməsi ilə bağlı təlimat verib: "Bu günlərdə mən bununla bağlı xüsusi təlimatlar vermişəm və öz etirazımı bildirmişəm. Saytımızda rus dilində sonuncu xəbər bu ilin mayında, ingilis dilində son xəbər isə 2010-cu ildə qoyulub. İngilis dilində gündəlik məlumatların yerləşdirilməsi üçün bizə əlavə kadrların cəlnb olunması lazımdır və bu bizim axsayan tərəfimizdir. Mən bunun üçün Azərbaycan Turizm İnstitutnun məzunlarından istifadə olunmasını düşünürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB