“Ruhu yuxularda gəzən şəhidlər” və “Gül güldürər, güllə öldürər” kitablarının təqdimatı keçiriləcək- FOTO

“Ruhu yuxularda gəzən şəhidlər” və “Gül güldürər, güllə öldürər” kitablarının təqdimatı keçiriləcək- FOTO

İyulun 13-də, saat 11.00-da Xudafərin şadlıq sarayında Moskvada nəşr olunan "Vətən çağırır" qəzetinin təsisçiliyi ilə çap olunan "Ruhu yuxularda gəzən şəhidlər" və "Gül güldürər, güllə öldürər" kitablarının təqdimat mərasimi keçiriləcək. Bu barədə SİA-ya qəzetin təsisçisi Gülsüm Adılqızı məlumat verib.

Məlumata görə, hər iki kitab Azərbaycanın bütövlüyü uğrunda şəhid olan milli qəhrəmanlarımıza həsr olunub.

"Ruhu yuxularda gəzən şəhidlər" kitabında milli qəhrəman Mübariz İbrahimovla yanaşı, Fərid Əhmədov, Əhməd Abdullayev və başqa qəhrəmanların həyatı əks olunub.

Adıçəkilən ikinci kitab "Gül güldürər, güllə öldürər" kitabı isə sırf olaraq milli qəhrəmanımız olan Mübariz İbrahimova həsr olunub.

\"\"


Bütün xəbərlər Facebook səhifəmizdə