Madonnanın rejissor kimi çəkdiyi "Biz Sevgiyə inanırıq" ikinci filminin satış hüququnu "The Weinstein Company" şirkəti alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, filmin cari ilin dekabrın 9-da satışa çıxarılacağı gözlənilir. Şirkət filmi 2012-ci ildə \"Oskar\" mükafatı üçün təqdim edəcək.
"Biz Sevgiyə inanırıq" adlı filmdə Nyu-York sakini Uolli Uintrop kral VIII Eduardın və Amerikalı Uollis Simpsonin sevgi hekayətinə mübtəla olaraq onu araşdırır. Uolli bunun ideal sevgi hekayəti olduğuna inansa da araşdırdığı faktlar cütlüyün heç də xoşbəxt olmadığını göstərir.
Filmdə baş rollarda Ebbi Korniş (Uolli Uintrop), Ceyms Darsi(Eduard VII) və Andrea Rayzboro (Uollis Simpson) çəkiliblər. Rolların birini isə Madonnanın 14 yaşlı qızı Lurdes canlandırıb.
Filmi alan Vanşteyn qardaşlarının fikrincə, Madonnanın rejissorluq istedadı var və o, XX əsrin məşhur sevgi romanlarından birini ağıllı, seksual, müasir filmə çevirə bilib.
Məlumat üçün bildirək ki, Madonnanın 2008-ci ildə ekranlaşdırdığı ukraynalı mühacirdən bəhs edən "Çirk və müdriklik" adlı ilk filmi Berlin festivalında rəğbət qazanmayıb.
Qeyd edək ki, "The Weinstein Company" Madonnanın filmindən başqa "Oskar" mükafatına iddialı olan bir neçə layihə üzərində çalışır. Məsələn, şirkət \"Artist\" adlı ağ-qara filmin satış hüququnu alıb. Filmdə çəkilən Jan Düjarden Kann kinofestivalının "Ən yaxşı aktyor" mükafatına layiq görülüb.
Şirkət həmçinin "Dəmir ledi" adlı filmin də hüququnu alıb. Bu filmdə Marqaret Tetçeri aktrisa Meril Strip canlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB