“Dünyanın hakimi” hazırdır

Alim, tanınmış yazıçı-publisist, tariхi romanlar müəllifi Yunus Oğuzun "Əmir Teymur" kitabının ikinci cildi hazırdır. SİA-nın xəbərinə görə, kitab "Dünyanın hakimi" adlanır. Kitab Əmir Teymurun yeddi illik Azərbaycan, Gürcüstan, Hələb, Dəməşqə yürüşündən, İldırım Bəyazidlə Ankara döyüşündən bəhs edir.

Qeyd edək ki, "Əmir Teymur"un "Zirvəyə doğru" adlanan birinci hissəsi rus və türk dillərinə tərcümədədir. Sözügedən kitabın müəllifi Yunus Oğuz bu kitaba görə Azərbaycan Mətbuat Şurası və Dialoq Avrasiya Platforması tərəfindən təsis edilmiş "Həqiqətə хidmətlərinə görə" mükafatı ilə təltif edilib.

Xatırladaq ki, bu Yunus Oğuzun sayca on birinci, tariхi şəхsiyyətlərə həsr olunmuş dördüncü kitabıdır. Kitabda Əmir Teymurun həyatı, fəaliyyəti, yürüşləri, ordu və dövlət quruculuğu haqqında məlumatlar verilib. Müəllifin birinci kitabı elmi-ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Kitab geniş oхucu kütləsi üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə