Ermənistanı “Eurovision- 2012” mahnı müsabiqəsində kim təmsil edəcək?- FOTO
Yaxın günlərdə Ermənistanın İctimai Teleradio Şurası bu ölkənin Bakıda keçiriləcək "Eurovision-2012" müsabiqəsində iştirak edəcəyini açıqlayacaq.
SİA-nın news.am-a istinadən verdiyi məlumata görə, hazırda müzakirə olunan məsələ Ermənistanı bu müsabiqədə kimin təmsil edəcəyidir. Ən şanslı xarici namizəd bu yaxınlarda Avropa və Moskvada uğurlu konsert proqramları ilə çıxış edən "System of a down" qrupu sayılır. Artıq Ermənistanı Bakıda keçiriləcək "Eurovision-2012" müsabiqəsində təmsil etməsi üçün qrupla danışıqlar başlayıb. Əgər Ermənistan müsabiqəyə yerli müğənni göndərmək qərarına gəlsə, çox güman ki, bu şəxs Razmik Amyan olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB