İçəri Şəhərdə keçirilən “Qız Qalası” İkinci Beynəlxalq İncəsənət Festivalının açılış mərasimi olub- FOTO
Bu gün Kiçik Karvansarada Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və "Qız Qalası" İncəsənət Qalereyasının təşkilatçılığı ilə İçəri Şəhərdə keçirilən "Qız Qalası" İkinci Beynəlxalq İncəsənət Festivalının açılış mərasimi olub.
Mərasimi giriş nitqi ilə açan "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov bildirib ki, festival Azərbaycanın ən qədim abidələrindən biri olan Qız Qalasının daha geniş tanınması və populyarlaşdırılması məqsədini daşımaqla yanaşı, mədəniyyətlərarası dialoqa da öz layiqli töfhəsini verəcək. O, tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Müasir İncəsənət Muzeyinin icraçı direktoru Ceyhun Ağakişibəyli festival iştirakçılarını salamlayıb, Heydər Əliyev Fondunun son illərdə incəsənətə və mədəniyyətə göstərdiyi qayğı və diqqəti qeyd edib. O vurğulayıb ki, rəssamlar tərəfindən bəzədilən Qız Qalası maketləri Müasir İncəsənət Muzeyində nümayiş ediləcək.
"Qız Qalası" İncəsənət Qalereyasının müdiri Emin Məmmədov da öz növbəsində rəssamları salamlayıb və onlara festivalda uğurlar arzulayıb.
Qeyd edək ki, 2010-cu ilin 26-29 may tarixlərində Birinci "Qız Qalası" Beynəlxalq İncəsənət Festivalı keçirilib. Bu il yeni yaradılan maketlərlə yanaşı keçən ilki maketlər də nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB