Azərbaycan Türkiyədə keçiriləcək festivalda təmsil olunacaq – FOTO

Azərbaycan Türkiyədə keçiriləcək festivalda təmsil olunacaq – FOTO

İyulun 2-dən 10-dək Türkiyədə Beynəlxalq Böyük Ankara festivalı keçiriləcək. SİA-nın türk mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə KİV-lərində xəbərlər yayılıb.

Festivala 16 ölkədən, o cümlədən Azərbaycandan gələn incəsənət ustaları öz milli rəqslərini təqdim edəcək. Festival çərçivəsində əyləncəli müsabiqələr keçiriləcək, sirk nömrələri nümayiş olunacaq.

Tədbirə gələnlər Türkiyənin məşhur müğənnilərinin iştirakı ilə keçiriləcək konsertləri dinləmək imkanı əldə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə