Azərbaycanın tanınmış yazıçısı Varis Yolçiyev yaradıcılığının 4-cü romanını yazır. SİA-nın məlumatına görə, ilk dəfə "Sonuncu ölən ümudləridir", ardınca "Bir ovuc torpaq", sonra "Sənə inanıram" romanları ilə oxucuların ürəyinə yol tapan yazıçı hazırda yeni əsər ərsəyə gətirməklə məşğuldur.
Vurğulamaq yerinə düşər ki, Varis çox həssas insandır. Yazıçı kimi o hər bir məsələyə bədii tərəfdən yanaşır. Onun "Facebook" sosial şəbəkədə şəxsi səhifəsinə nəzər salsaq, müxtəlif qeydlərə rast gəlmək olar.
Gözümdən "Yol qeydləri" adlı yazı qaçmadı. Məlum oldu ki, Varis yolda olan zaman düşüncələrini vərəqə yazır. Onun yazısından bir parça təqdim edirik:
"Mənəviyyat barədə. Biz bu gün nə baş verdiyini anlamırıqsa, niyə sabah nə baş verəcək sualına cavab axtarırıq? Beləcə, real həyatımızı mücərrəd həyata qurban veririk. Hamımız maddi zənginlik barədə düşünməyə məhkumuq. Daim maddi zənginlik axtarışında olmaq isə mənəvi zənginlik axtarışından imtina deməkdir. Sevgi barədə. Qadın üçün sevgi pıçıltı, kişi üçünsə hayqırtı deməkdir. Bilmirəm, fərqinə varmısınızmı, ancaq ən böyük sevgilər ayrılıq gətirirlər həmişə. PS. Çiçək almaq onu becərməkdən asan olduğu üçün hamı çiçəyi almağa üstünlük verir. Ancaq vaxt gələcək, daha çiçək becərən qalmayacaq..."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB