I “İçərişəhər” İntellektual Festivalı keçiriləcək

I “İçərişəhər” İntellektual Festivalı keçiriləcək

25 iyun 2011-ci il tarixində Qoşa Qala Qapıları meydanında "Xəzər" İntellektual Gənclər Klubu, "İRƏLİ" İctimai Birliyi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə I "İçərişəhər" İntellektual Festivalı keçiriləcəkdir.

"İçərişəhər"Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən SİA-ya verilən xəbərə görə, Bakının tarixi hissəsində baş tutacaq I "İçərişəhər" İntellektual Festivalının əsas məqsədi gənclər arasında elmə, biliyə və intellektual oyunlara olan marağı artırmaq və tarixi irsimizi təbliğ etməkdir.

Festivalda breyn-rinq, fərdi oyun, erudit-loto və "İnanırsan-inanmırsan?" kimi maraqlı oyunlar keçiriləcək. Qaliblərə xatirə hədiyyələri, festivalın diplom və medalları təqdim ediləcəkdir. Arzu edən hər kəs festivalda oyunçu qismində iştirak edə və biliklərini sınaya bilər. 25 iyun saat 11:00-da baş tutacaq tədbirdə oyunçu kimi iştirak etmək istəyənlərdən saat 10:30-da Qoşa Qala Qapıları meydanında olmaları xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə