“Mədəniyyətimizin və mədəni incilərimizin hamisi” kitabının ingilis və ərəb nəşrlərinin təqdimat mərasimi keçirilib
Bu gün M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin layihəsi ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın mədəniyyət sahəsində fəaliyyətini əks etdirən "Mədəniyyətimizin və mədəni incilərimizin hamisi" kitabının ingilis və ərəb dillərinə tərcümə olunan nəşrlərinin təqdimat mərasimi keçirilib.
SİA-nın məlumatına görə, təqdimatda ilk olaraq çıxış edən mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyev bildirib ki, Mehriban Əliyevanın mədəniyyət və incəsənət sahəsindəki fəaliyyəti Mədəniyyət və Turizm Nazirliyinin növbəti layihəsi əsasında ingilis dilində hazırlanan "The Azerbaijani culture-a message to future generations" ("Azərbaycanın mədəniyyəti gələcək nəsillərə ərməğandır") kitabında öz geniş əksini tapıb: "8 fəsildən ibarət kitabda Mehriban xanım Əliyevanın 1995-2010-cu illərdə mədəniyyət sahəsində çoxşaxəli fəaliyyəti əks olunur".
Nazir müavini onu da vurğulayıb ki, sözügedən kitab Azərbaycan mədəniyyətinin bütün ərəb dünyasında təbliği üçün böyük imkanlar açacaq.
2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, habelə Azərbaycanın Suriyadakı Səfirliyinin təşkilati dəstəyi ilə kitab Suriya Ərəb Respublikasında ərəb dilində nəşr olunub.
Kitabxananın direktoru isə çıxışında bildirib ki, kitabın ərəb dili variantında İslam Konfransı Təşkilatına üzv dövlətlərlə mədəniyyət sahəsində əməkdaşlıq, ərəb dövlətləri ilə ikitərəfli görüşlərdə Mehriban xanımın iştirakı və mədəni əməkdaşlığın inkişafında Mehriban xanımın fəaliyyəti öz əksini tapıb.
Məlumat üçün bildirək ki, hər iki kitabda ön sözün müəllifi mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevdir.
Kitablarda çoxlu sayda maraqlı, habelə ilk dəfə oxuculara təqdim olunan məlumatlar və fotoşəkillər verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB