Emin Ağalarovun mahnıları Devid Linçin Xeyriyyə Fondunun saytında satışa çıxarılıb
Rusiyada yaşayan azərbaycanlı biznesmen və müğənni Emin Ağalarov Pol Makkartni, Mobi və Piter Gabrielin sırasına qoşulub. Emin Ağalarovun mahnıları bu sənətçilər kimi Devid Linçin Xeyriyyə Fondunun saytında satışa çıxarılıb. SİA-nın müğənninin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Emin buna layiq görülən ilk rusiyalı ifaçı olacaq. Satışdan yığılan vəsait təhsil ehtiyaclarına xərclənir.
Qeyd edək ki, Emin və onun atası, iş adamı Araz Ağalarov bu il "İlin biznesmeni" nominasiyasında "İlin adamı" mükafatına layiq görülə bilər. Eminə səs vermək və dəstək olmaq istəyənlər bu linkdən http://www.gq.ru/pages/moty.do istifadə edərək səs verə bilərlər. Səsvermənin sonuna 5 ay qalıb. Hazırda "İlin adamı" ən mötəbər mükafatlardan biri sayılır. Bu mükafata Vladimir Spivakov, Ceyms Kameron, Qus Xiddink, Daşa Jukova, Aleksandr Oveçkin kimi məşhurlar layiq görülüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB