YUĞ Dövlət Teatrı cari teatr mövsümünü 25 iyun tarixində A.P.Çexovun "Albalı bağı" pyesi əsasında hazırlanan "Birinci akt" tamaşası ilə bağlayacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tamaşanın quruluşçu rejissoru Vaqif İbrahimoğlu, quruluşçu rəssamı Rəşid Şerifdir. Janrı futuroloji aksiya kimi müəyyənləşdirilən tamaşada Çaykovsikinin "İlin çağları" musiqisindən istifadə olunub.
Qeyri-ənənəvi bir tamaşa olan "Birinci akt" tamaşası dahi rus yazarı A.P.Çexovun "Albalı bağı" pyesinin, daha doğrusu, bu pyesin birinci aktının əsasında hazırlanıb.
Onu da qeyd edək ki, mövsüm 25 iyun tarixində bağlansa da iyulun ortalarına qədər teatrda məşqlər davam edəcək.
Həmçinin teatrda yeni tamaşalar üzərində məşqlər də davam etdirilir. Gənc rejissor Aytən Məmmədova Y.Onilin "Qarağaclar altında məhəbbət" əsəri əsasında
"Kölgə" adlı tamaşa hazırlayır. Tamaşa üzərində məşqlər yekunlaşmaq üzrədir.
Mövsümün sonunda tamaşaya daxil baxış keçirildikdən sonra premyeranın vaxtı dəqiq müəyyənləşəcək. Tamaşanın premyerası növbəti mövsümə nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB