Nazir: ““Eurovision” müsabiqə ilə əlaqədar olaraq otellərə müvafiq tapşırıqlar verilib”
""Eurovision" mahnı yarışması ilə bağlı hər bir şeyi hazırlayıb, ölçüb-biçəndən sonra sonda qəbul olunacaq qərar barədə mətbuata məlumat veriləcək. Hər bir nazirlik öz üzərinə düşən işləri aparır". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib. O bildirib ki, bununla əlaqədar olaraq turizm sahəsində təhlillər, danışıqlar həyata keçirilir. Nazirin sözlərinə görə, bütün otellərə xüsusi şərtlər irəli sürülüb ki, müsabiqə ilə əlaqədar olaraq ölkəyə gələcək bütün qonaqlara yüksək xidmət göstərilsin.
Ə. Qarayev yarışmanın keçirilməsi ilə əlaqədar turistlərə göstəriləcək xidmətin səviyyəsinin yüksəldilməsi üçün otellərə "on-line" qeydiyyat sisteminin yaradılması və xidmət personalının peşəkarlığının artırılması məqsədi ilə tapşırıqlar verildiyini bildirib. Onun fikrincə, "on-line" qeydiyyat prosesi bu ilin sentyabr-oktyabr ayınadək tamamlanacaq və bununla da otellərə qəbul başlayacaq.
"Bu il Azərbaycanda 6 yeni 5 ulduzlu otel tikilərək istifadəyə veriləcək. 3 və daha ucuz qiymətli motellərin istifadəsinə dair işlər aparılır. Düşünürəm ki, indiki ölçülər onu göstərir ki, biz bu imkanları yarada biləcəyik. Artıq viza ilə bağlı heç bir problem yoxdur. Turist şirkətləri 3 ay əvvəlcədən səfirliklərə müraciət edə bilərlər, internet vasitəsilə onu alıb Azərbaycan gələ bilərlər. Biz hər bir imkandan istifadə edib bu ərəfədə milli mətbəximizi tətbiq etməliyik", - deyə o əlavə edib.
Qonaqların sayına gəlincə, mədəniyyət və turizm naziri vurğulayıb ki, Almaniyada bu müsabiqəni imzalamaq üçün 100 minə yaxın qonaq gəlmişdi: "Amma nəzərə alaq ki, Almaniya Avropanın mərkəzidir. Orada infrastruktur daha genişdir. Amma bizdə təxminən 50-60 min civarında qonağın olacağını düşünürük. Hazırda təşkilat komitəsi hazırlıqla bağlı işlər aparır. Yaxın vaxtlarda mahnı yarışmasının keçiriləcəyi yer barədə də müvafiq qərar qəbul ediləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB