“Şəhriyar” adlı kitab işıq üzü görüb

“Şəhriyar” adlı kitab işıq üzü görüb

Bu yaxınlarda Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar Fondunun (MİMTA) layihəsi əsasında hazırlanaraq nəşr olunan "Şəhriyar" adlı kitab işıq üzü görüb. Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar Fondundan SİA-ya verilən xəbərə görə, kitabda XX əsr Azərbaycan poeziyasının korifeyi Məhəmmədhüseyn Şəhriyarın şeirləri, "Heydərbabaya salam" poeması və fars dilində yazdığı şeirlərindən seçmə poetik tərcümələr verilmiş, görkəmli miniatür ustası Fəxrəddin Əlinin bu şeirlərə çəkdiyi miniatürlər nəfis şəkildə dərc edilib.

Eyni zamanda kitabın audio-versiyası kimi Şəhriyarın öz dilindən səsləndirdiyi "Heydərbabaya salam" poeması, Azərbaycan dilində şeirləri, həyat və yaradıcılığı haqqında müsahibələr də disk şəklində toplanaraq oxuculara təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə