İtalyan dramaturqunun pyesi əsasında hazırlanan tamaşa Heydər Əliyev Sarayında nümayiş etdiriləcək- FOTO

İtalyan dramaturqunun pyesi əsasında hazırlanan tamaşa Heydər Əliyev Sarayında nümayiş etdiriləcək- FOTO

Heydər Əliyev Sarayının təşəbbüsü və təşkilatçılığı ilə 24 sentyabr 2011-ci il tarixində məhşur italyan dramaturqu Eduardo de Filipponun "Neopolitanskie strasti" pyesi əsasında hazırlanan tamaşa nümayiş etdiriləcək. Saraydan SİA-ya verilən məlumata görə, tamaşada Rusiya Federasiyasından olan çox populyar, möhtəşəm aktyor heyəti çıxış edəcək.

Baş rollarda dünya kino və teatr tarixinin yaşayan əfsanəsi SSRİ xalq artisti Vladimir Etuşun başçılığı ilə SSRİ xalq artisti İrina Kupçenko, Rusiyanın xalq artisti Vladimir Steklov, Rusiyanın əməkdar artisti Lidiya Velejeva və tanınmış aktyorlar Aleksey Panin, Vladimir Koval, Maksim Konovalov iştirak edəcəklər.

Tamaşa saat 19:00 başlayır. Biletlər artıq satışdadır. Biletlərin qiyməti 20 manatdan -100 manata qədərdir. Yerlər məhduddur.

Bütün xəbərlər Facebook səhifəmizdə