Azərbaycan Dövlət Musiqili Komediya Teatrında hazırlanan "Evlənmə" (N.V.Qoqol) komediyası iyunun 26-da Lənkəranda oynanılacaq. Teatrdan SİA-ya verilən məlumata görə, rejissor, əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda səhnə həllini tapan inanılması mümkün olmayan bu komediyada əsas rollarda xalq artistləri Şükufə Yusubova, Məleykə Əsədova, Arif Quliyev, əməkdar artist Ramiz Məmmədov, aktyorlar Qurban İsmayılov, Emma Məlikova, Çingiz Əhmədov, Elxan İsmayılov, Ülviyyə Əliyeva, Möylə Mirzəliyev, Məhərrəm Qurbanov çıxış edəcəklər.
"Yeni teatr" Respublika Teatr Festivalı çərçivəsində oynanılacaq bu tamaşa Musiqili Komediya Teatrının bu mövsümdə son qastrol tamaşası olacaq. İyunun 29-da isə kollektiv "Hərənin öz ulduzu" (S.Ələsgərov, İ.Məlikzadə) tamaşası ilə 101-ci mövsümünü yekunlaşdıracaq. Mövsümün son tamaşası əməkdar artist, sevimli gülüş ustası Elçin Həmidovun xatirəsinə həsr olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB