Gənc rəssam Mina Məmmədovanın ilk fərdi yaradıcılıq sərgisi açılıb- FOTOSESSİYA
Bu gün Muzey Mərkəzinin Sərgi qalereyasında gənc rəssam Mina Məmmədovanın ilk fərdi yaradıcılıq sərgisi açılıb. SİA-nın məlumatına görə, açılış mərasimində Bakı şəhəri Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, Dizaynerlər İttifaqının katibi Nazim Yunusov, xalq rəssamı Ağaəli İbrahimov və digər şəxslər çıxış ediblər.
Öz kiçik həyatında hər şeyi rənglərin gözü ilə görüb, onu əhatə edən həyatın hər anını öyrənmək, yaratmaq coşğusu ilə mənalandıran Mina Məmmədova kiçik yaşlarında rəssamlığa böyük həvəs göstərib.
Mina Məmmədova Rəssamlıq akademiyasının geyim, dizayn kafedrasının müdiri Nazim Yunusovun tələbəsidir və onun rəhbərliyi ilə emalatxanada fərdi sənətlə dərindən məşğul olmağa başlayıb.
Gənc rəssamın həyatında çox əlamətdar bir hadisə olan bu sərgidə çəkdiyi hər bir rəsm ilə Mina gənc qəlbinin rənglərin dili ilə duyduqlarını insanlara çatdırmaq fikrindədir. Sərgidə 65 rəsm əsəri və əl işləri nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB