“Akdamardan Sarı gəlinədək erməni yalanı” toplusunun geniş müzakirəsi keçiriləcək- FOTO

“Akdamardan Sarı gəlinədək erməni yalanı” toplusunun geniş müzakirəsi keçiriləcək- FOTO

Bu günlərdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, araşdırmaçı – alim Hikmət Babaoğlunun "Akdamardan Sarı gəlinədək erməni yalanı" toplusunun Azərbaycanda Atatürk Mərkəzi və Azərbaycan Yazıçılar birliyinin birgə təşkilatçılığı ilə geniş şəkildə müzakirəsi keçiriləcək. Bu barədə məlumatı SİA-ya Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı verib.

Kitabda ermənilərin Azərbaycan xalqının tarixinə maddi və mənəvi abidələrinə qarşı törətdikləri sistemli saxtakarlıqlardan bəhs edilir, erməni yalanları əsaslı elmi arqumentlərlə bəhs edilir, tariximizin nisbətən az öyrənilmiş dövrlərinə yeni rakursdan aydınlıq gətirilir.

Kitab üç müstəqil məqalədən ibarət olsa da, bu məqalələr əslində ideya və məzmun baxımından bir - birinin davamıdır. Kitabda həm qədim alban dövrünə aid olan maddi abidələrimiz, həm Azərbaycanda xristianlıqdan İslama keçid dövründə baş vermiş dini – ideoloji katakalizmlər, həm də mənəvi sərvətimiz olan musiqi nümunələrimiz təhlil olunur, onların tarixi və yaranması məsələləri elmi tədqiqata cəlb edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə