“Top Qan 3” rəsmi olaraq təsdiqləndi-Tom Kruz geri qayıdacaq...

İkinci hissə altı “Oskar” mükafatına namizəd göstərildi...

...Paramount Pictures şirkəti “Top Qan” franşizasının üçüncü hissəsinin çəkilişini rəsmi olaraq elan edib. Bu elan şirkətin Las Veqasda keçirilən CinemaCon-da təqdimatında baş tutub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə USA Today yazır.

Paramount şirkətinin həmsədri Coş Qrinşteynin sözlərinə görə, layihə artıq hazırlıq mərhələsindədir: ssenari yazılır, Tom Kruz və prodüser Cerri Brukhaymer franşizaya qayıdırlar.

Sikvelə dair müzakirələr 2024-cü ildə “Top Gun: Maverick” (2022) filminin uğurundan sonra başladı.

İkinci hissə dünya miqyasında 1,5 milyard dollar gəlir əldə edərək bütün zamanların ən çox gəlir gətirən filmlərindən birinə çevrildi və altı “Oskar” mükafatına namizəd oldu.

“Ən yaxşı səs” nominasiyasını qazandı. Süjet detalları və aktyor heyətinin detalları hələ açıqlanmayıb, lakin əvvəlki filmdəki bəzi ulduzların, o cümlədən Maylz Teller və Qlen Pauellin geri dönəcəyi gözlənilir.

Rejissor hələ təyin olunmayıb. Ssenaristlər əvvəllər üçüncü hissənin əsas ideyasının artıq tamamlandığını qeyd etmişdilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə