Hərbçilərin meyitlərinin mübadiləsi davam edir

Qarabağda hərbçilərin meyitlərinin mübadiləsi ilə bağlı “Qarabağ münaqişəsinin tərəfləri 200 nəfərin meyitinin mübadiləsini həyata keçiriblər”. SİA xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Peter Maurer açıqlama verib.

P.Maurer əlavə edib ki, təşkilatın Dağlıq Qarabağdakı fəaliyyətinin prioritetləri məcburi köçkünlərə kömək etmək, həlak olanların meyitlərini çıxarmaq, həmçinin, mümkün danışıqlara və mübadiləyə hazırlaşmaq üçün əsirləri ziyarət etməkdir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə