Əxlaqi fəlsəfədə deontoloji etika, termin olaraq bir hərəkətin əxlaqının, hərəkətin nəticələrinə əsaslanmaq əvəzinə, bir sıra qaydalar altında həmin hərəkətin özünün doğru və ya səhv olduğuna əsaslanmalı olduğu normativ etik nəzəriyyə olaraq anlaşılır. Bu bəzən, vəzifə və ya yükümlülük olaraq da başa düşülə bilər. Daha anlaşıqlı dildə desək, deontoloji nəzəriyəyyə görə hərəkəti motivasiya edən düşüncənin məqsədi önəmlidir. Yəni o müsbət olmalıdır ki, hərəkət müsbət olsun. Buna Kant fəlsəfəsindən misal çəkmək olar. Belə ki, bunu bəzi dinlərdə də görürük, savab kimi düşündüyümüz nələrisə biraşa olaraq deontolojidir. Belə olan yerdə əməlin nəticəsi önəm daşımır. Məqsəd müsbətdirsə hərəkət də müsbətdir. Yəni bu nəzəriyyə daha çox etikdir və əxlaq fəlsəfəsinə dayanır.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə