Rus qazının Ukraynadan tranzitinin sonu: Kreml mifləri məhv edildi...

“Qazprom” təxminən 6 milyard dollar itirib...

...Yanvarın 1-də Ukrayna ərazisindən Rusiya qazının tranziti başa çatdıqdan sonra Kreml Avropada enerji böhranı olacağını proqnozlaşdırmışdı. Lakin reallıq bunun əksi oldu: Rusiya özü uduzan tərəf oldu.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə CEPA yazır.

Əsas mif odur ki, tranzit olmasa, Ukrayna qaz nəqli sistemini itirəcək. Lakin Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumları hələ tədarükün dayandırılmasından əvvəl başlayıb və sonradan intensivləşməyib.

Ukrayna qaz nəqli sistemi hətta müharibə şəraitində də stabil işləməyə davam edir. İkinci mif odur ki, borularda təzyiqin aşağı düşməsi səbəbindən Ukrayna şəhərləri qazsız qalacaq. Bununla belə, Ukrayna qaz nəqli sistemini çoxdan tranzitsiz işləməyə uyğunlaşdırılıb: kompressor stansiyaları lazımi təzyiqi təmin edir və ukraynalılara qazın verilməsi fasiləsiz davam edir.

Üçüncü mif qazın bahalaşmasıdır. Əhali üçün tənzimləmə və yerli istehsal sayəsində qiymətlər sabit qaldı.

Müəssisələr üçün Ukrayna qaz nəqli sistemini operatorundan tariflərin artımı cəmi 5 faiz təşkil edib. Ukrayna tranzitdən ildə təxminən 800 milyon dollar itirsə də, “Qazprom” təxminən 6 milyard dollar itirib, yəni yeddi dəfə çox...

Bu pullar əvvəllər Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsinə sərf edilib.

Avropa da zərər görməyib: Mərkəzi və Şərqi Avropa ölkələri tədarükləri diversifikasiya edib, LNG terminallarına və yeni boru kəmərlərinə sərmayə qoyublar.

Avropa İttifaqında qazın qiyməti sabit qalıb. Rusiya isə böhran içindədir: “Qazprom” hökumətdən dəstək istəyir, dividend ödənişlərini dayandırıb və daxili qazın qiymətini qaldıraraq inflyasiyanı artırıb. Qazla bağlı təcrübə sübut edir ki, birlik və hazırlıqla avtoritar rejimlərin enerji təzyiqini dəf etmək olar.

Növbəti addım Rusiya neftinin Ukrayna ərazisindən tranzitini dayandırmaq və Rusiyanın “kölgə” donanmasına qarşı sanksiyaları gücləndirmək olmalıdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə