Qızıl kəskin bahalaşdı

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabrında tədarük üçün qızıl fyuçerslərinin qiyməti 22 apreldən bəri ilk dəfə bir troya unsiyası üçün 3,5 min dolları ötüb. SİA bu barədə ticarət platformasının məlumatlarına istinadla xəbər verir. Bakı vaxtı ilə saat 02:03-ə olan məlumata görə, qiymətli metalın qiyməti 2,62 % artaraq 1 troy unsiyası üçün 3 534,10 dollar təşkil edib. Bakı vaxtı ilə saat 02:25-də qızılın qiyməti artımını ləngidərək bir unsiya üçün 3 492,10 dollara (+1,4 %) düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə