Filippinin gözəllik kraliçası Akini Arradaze dənizdə ölü tapılıb...

Filippinin gözəllik kraliçası Akini Arradaze Leyte Island, Tacloban City yaxınlığında dənizdə ölü tapılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə MS News xəbər verir.

8 saylı Regional Polis İdarəsindən verilən məlumata görə, balıqçı cəsədi dostundan öyrənib və səlahiyyətlilərə xəbər verib.

Daha sonra meyit Balıqçılıq Bürosu və yerli hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən sahilə çıxarılıb. Zərərçəkmişdə zorakılıq əlamətləri olub.

Cəsədin 35 yaşlı keçmiş gözəllik kraliçası Akini Arradaze olduğu müəyyən edilib.

O, iyulun 31-də cinayət yerindən təxminən 46 km aralıda, Ormoc şəhərində qaçırılıb, mədəsi və kürəyindəki fərqli döymələrə görə...

Yaxınları daha sonra onun şəxsiyyətini təsdiqləyiblər, bundan sonra ölümün dəqiq səbəbini müəyyən etmək üçün meyit yarılma üçün göndərilib.

Araşdırmalardan sonra gözəllik kraliçasının üç silahlı şəxs tərəfindən qaçırıldığı müəyyən edilib.

CCTV görüntülərində zərərçəkmişi yolun kənarında dayandığı zaman üç naməlum silahlı şəxs onu zorla qara rəngli avtomobilə mindirərək apardığını göstərir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə