...Kambocanın baş naziri Hun Manet ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi təklifi ilə Nobel Komitəsinə rəsmi məktub göndərib.
SİA-nın məlumatına görə, bu barədə cümə axşamı, avqustun 7-də Kamboca Mətbuat Agentliyi yazıb.
Məktubda Manet Ağ Ev rəhbərinə Kamboca və Tailand arasında sərhəd münaqişəsinin həllində "həlledici rolu"na görə təşəkkür edib.
Agentlik xəbər verir ki, ölkənin baş nazirinin sözlərinə görə, Vaşinqtonun müdaxiləsi “potensial dağıdıcı münaqişənin” qarşısını ala bilib və iki ölkə arasında sülhün bərpasına yol açıb.
İyunun 26-da Donald Tramp iki ölkə arasında hərbi münaqişənin davam etdiyi bir vaxtda ABŞ-ın Tailand və Kamboca ilə ticarət müqavilələri bağlamayacağını bildirib. Həmin gün Hun Manet ölkənin Ağ Ev rəhbərinin vasitəçiliyi ilə Tailand ilə dərhal atəşkəs barədə razılığa gəldiyini açıqlayıb.
Avqustun 1-də Kamboca baş nazirinin müavini Sun Chanthol bildirib ki, Pnom Pen Donald Trampı təkcə Kamboca və Tailand arasında münaqişənin həllində deyil, həm də digər regionlarda gördüyü işlərə görə Nobel Sülh Mükafatına namizəd göstərmək niyyətindədir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə