Cəmiyyətdə baş verən neqativ hadisələrin dərhal və maneəsiz ekranlara yol tapması hər birimizi narahat etməkdədir. Bu gün həm Türkiyə, həm də Azərbaycanda televiziya kanallarında tamaşaçıların demək olar ki, hər gün rastlaşdığı və qəbullanması çətin olan mənzərə bizi dərin-dərin düşündürməlidir. Ekranlarımızda ən çox yayımlanan seriallar – zorakılıq, xəyanət, əxlaqsız münasibətlər və ailə dəyərləri ilə daban-dabana ziddiyyət təşkil edən, əksər hallarda tapdalayan süjetlərlə doludur. Göstərilənlər nə milli-mənəvi dəyərlərimizə, nə də xalqımızın mentalitetinə uyğun gəlir.
Serial qəhrəmanları sevgi adı altında fahişəliyi, kişi obrazı isə mərdlik deyil, qəddarlıq və eqoizmlə verilir. Bu obrazlar gənclərin fərqli düşünməsinə və yönəlməsinə səbəb olur. Ailələr isə hər axşam bu mənəvi pozğunluğun məhz teleekran vasitəsilə şahidi olur. Bəs nəticə? Cəmiyyətdə ailə institutuna hörmət azalır, boşanmalar artır, gənclər arasında aqressiya və əxlaqsız davranışlar çoxaldıqca və zaman keçdikcə adiləşir və normal hal kimi qəbul edilir.
Bu, təkcə əyləncə adı altında cəmiyyətə “istirahət halvası” yedirtmək deyil, bu, bir ideoloji basqıdır. Bir xalqı içindən dağıtmağın ən təsirli yolu onun mədəniyyətini, əxlaqını, ailəsini hədəf almaqdır – bunu tarix dəfələrlə sübut edib. Bugünkü “modern” seriallar da məhz bu missiyanı yerinə yetirir.
Biz kimik? Biz bu torpağın övladlarıyıq – Oğuzdan, Alp Ər Tunqadan, Dədə Qorquddan gələn, ailəyə, namusa, şəxsiyyətə müqəddəs baxan bir xalqıq. Bu millətə zorakılıqla bəzədilmiş seriallar yox, qəhrəmanlıq dastanları yaraşır. Bizə ailəni dağıdan münasibətlər yox, ailəni qoruyan dəyərlər lazımdır.
Burada məsuliyyət təkcə televiziya kanallarının deyil. Ssenari yazanlardan tutmuş aktyorlara, prodüserlərə, rejissorlara, ən əsası da bu sahədə susan ziyalıları üzərinə böyük və məsuliyyətli vəzifə düşür. Sənət insanı susmamalıdır, ziyalı səsini çıxarmalıdır. Bu tip zəhərli ssenarilər ictimai müzakirəyə çıxarılmalı, milli kimliyə və əxlaqa uyğunluğu ciddi şəkildə araşdırılmalıdır. Televiziya ekranları millətin aynasıdır. O aynada özümüzü tanımırıqsa, bilin ki, bizi biz edən hər şeyi yavaş-yavaş itiririk.
Əgər indi bu gedişata qarşı çıxmasaq, sabah daha gec olacaq. Ekranda nə varsa, cəmiyyətdə də o olacaq.
Vüqar Vəliyev
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 23:02Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



