...Hollandiya hökuməti yaxın gələcəkdə Ukraynadan olan qaçqınlar üçün xüsusi bələdiyyə mərkəzlərini bağlamaq niyyətindədir.
SİA xəbər verir ki, TASS bu barədə Miqrasiya və Sığınacaq Naziri vəzifəsini icra edən Mona Keyzerin məktubuna istinadən məlumat yayıb.
Sənəddə deyilir ki, bu qrup üçün xüsusi olaraq yaradılmış dövlət qəbul sistemi "mümkün qədər tez dayandırılmalıdır". Hollandiya hökumətinin məlumatına görə, bu cür mərkəzlərin saxlanması xeyli büdcə vəsaitini sərf edir.
Bu arada, bəzi işləyən ukraynalı qaçqınlar artıq mənzil üçün dövlətə məcburi ödəniş edirlər.
Keyzerin sözlərinə görə, kabinet bu insanların bələdiyyələrin iştirakı ilə "müstəqil həyata keçid" planını hazırlamağa başlayıb.
Xüsusilə, ukraynalılar öz universitet təhsil haqqı və tibbi sığorta xərclərini özləri ödəməli olacaqlar.
Avqustun sonlarında Hollandiyanın ifrat sağçı Azadlıq Partiyası (PVV) sığınacaq axtaranların qəbulunun tamamilə dayandırılmasına və qaçqın mərkəzlərinin bağlanmasına çağırıb.
Partiya həmçinin miqrantların ən azı bir cinayət qeydi aldıqları təqdirdə ölkədən deportasiya edilməsini təklif edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB