“Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən, özbaşına aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən təyin olunmuş məsul şəxslərin, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qarabağ Regional Mərkəzinin, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə qanunsuz tikintilərin qarşısının alınması məqsədilə rayon ərazisində növbəti monitorinq keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, monitorinq zamanı müvafiq icazəverici sənədləri olmadan Tərtər rayon Xoruzlu kəndində, kənd sakini Xəzər Dadaş oğlu Orucov tərəfindən bələdiyyəyə məxsus torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinin aparıldığı aşkarlanıb.
Qanunsuz inşa edilən obyektdə tikinti işləri dayandırılaraq, söküntüsü təmin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə