Dünyamızda müxtəlif səpkili və rəngdə idman oyunları var. Bu çoxsaylı oyunlar arasında ən populyar idman növü isə futbol hesab olunur. Dünyanın elə bir kəndi, qəsəbəsi, şəhəri yoxdur ki, orada futbol oynanılmasın və ya o mahalda futbol sevilməsin. Xüsusi maraq kəsb edən futbol 1825-ci ildə İngiltərədə yaradılsa da, regional turnirlərin və beynəlxalq miqyaslı oyunların təşkil olunması 8 dekabr 1863-cü ildən keçirilir. Futbolun ilkin yaranışında meydanda 5 oyunçu 1 qapıçı olub. Qapının ölçüləri də fərqli olub. Oyunları idarə edən hakimlərin geyimləri və idarəetmə üsulları, eləcə də meydançanın uzunluğu və eni təşkilatçıların ümumi istəyi və rəyi əsasında müəyyənləşib. Penaltinin təyin edilməsi də təsadüfi olmadığı bildirilir. Belə ki, 1891-ci ildə oyunlarda rəqibin çoxsaylı kobudluqlara yol verdiyini əsas gətirən irlandiyalı futbol mütəxəssisi Con Penalti 11 metrlik cərimə zərbəsinin təyin edilməsini təklif etmiş və onun bu təklifi 1893-cü ildə futbol qurumu tərəfində bəyənilərək rəsmiləşmişdir. Oyunlarda qapıçılar müstəsna hüquqlara və vəzifələrə malik olmuşlar. Hətta 1922-ci ilə qədər qapıçılar meydanın mərkəz xəttinə qədər əlləri ilə topu tutmaq hüququna malik idilər. Ancaq bu oyuna həvəs artdıqca, futbolun təşkili və keçirilməsi də təkmilləşərək bugünkü beynəlxalq standartlara malik futbol miqyasını alıb. Rəsmi məlumatlar görə, 1825-ci ildən bəri yüzlərlə regional və beynəlxalq miqyaslı oyunlar təşkil olunub. Qətər də daxil olmaqla ümumilikdə futbol üzrə 22 dünya çempionatı keçirilib. İstər regional, istərsə də beynəlxalq çempionatlarda diqqətçəkən çoxsaylı maraqlı hadisələr baş verib. Oyunçular arasında dava-dalaşdan tutmuş azerkeşlərin bir-birinə hücum edərək kütləvi ölüm -qalım savaşlarına qədər hadisələr baş verib. Məğlubiyyətlərini həzm edə bilməyən ölkələr olub ki, meydandakı məyusluqlarını qalib komandanın dövlətinə hücum etməklə aradan qaldırmağa çalışıblar. 1969-cu il dünya çempionatının seçmə mərhələsinin pley-off oyunlarında El Salvador milli komandasının Honduras milli komandası tərəfindən məğlub edilməsini həzm edə bilməyən El Salvador qonşusu Hondurasa hücum edib və 8 gün müharibə aparıb. Nəhayət, Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə iki ölkə arasındakı müharibə dayandırılıb. Hazırda dünyada keçirilən futbol turnirlərində ölkələrarası müharibələr baş verməsə də, hər halda futbolun keçirildiyi oyunlarda siyasi maraq toqquşmaları baş verməkdədir. Elə uzağa getmədən Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsində ABŞ-Molla rejimi qarşılaşmasına nəzər yetirmək kifayətdir. Oyun idman mübarizəsindən çox siyasi savaş mücadiləsinə oxşayırdı. Meydanda yalnız ağır silahlar çatmırdı. Oyunçular bir-birinə çiyin atır, badalaq vurur, uca səslə küçə söyüşləri səsləndirirdilər. Dünya KİV-lərinin yazdığına görə, ABŞ-Molla rejimi qarşılaşması o dərəcə gərgin xarakter alıbmış ki, Qətər hakimiyyəti meydançanın ətrafına və şəhərin küçələrinə xüsusi təyinatlı qüvvələr yeritməyə məcbur olub. Zatən Molla rejimi terrorçu bir rejim olduğundan Qətər dövlətinin qabaqlayıcı tədbirlər görməsi başadüşüləndir. Molla rejimi məğlub olduğu zaman bütün Amerika əhalisi şadyanalıq etmiş Dövlət Katibi Bliker və prezident Bayden qol götürüb oynamışlar. Mundialda diqqətçəkən maraqlı hadisələrdən biri də Səudiyyə Ərəbistanı hökumətinin əzəli rəqibi olan Argentina üzərində qələbəyə görə oyunçularının hər birini 2,5 milyon avro pulla mükafatlandırması oldu. Dördqat dünya cempionu Almaniya qrupda oyunlarını dayandırsa da, çempionatın favoriti hesab olunan Mərakeş dünya futbolsevərlərini təəccübləndirməkdədir. Mərakeş yeddinci dəfədir ki, futbol üzrə dünya çempionatında iştirak edir. Onların ən yaxşı nəticələri 1986-cı ildə dördə bir finala qədər yüksəlmələri olub. Qətərdə keçirilən dünya çempionatında Mərakeş futbolçuları meydanda maraqlı və baxımlı futbol göstərdiklərinə rəğmən azarkeşləri də maraqlı nüanslar ortaya qoyublar. Adətən, eşidib və görürmüşük ki, meydanda uduzan tərəf qan-qan deyir və küçələrə çıxıb mağazaları dağıdıb, insanlara hücüm edirlər. Mərakeşlilər isə meydanda futbolçular baxımlı oyunları ilə tamaşaçıları təəccübləndirdikləri kimi, onlar da dünyanı hərəkətləri ilə güldürürlər. Bəli, bəli, güldürürlər. Ona görə ki, Mərakeş futbolçularının Belçikanı, Niderlandı məğlub etmələrindən sonra mərakeşlilər Belçikada, Niderlandda, Hollandiyada və digər Avropa şəhərlərində küçələrə axışıb, mağazaları qarət edib, dövlət binalarını yandırıb, ölkələrin bayraqlarını aşağı endirməyə çalışmışlar. Sadə yazar olaraq mərakeşlilərin əndazəni aşan hərəkətlərində başa düşmədiyim bir sıra məqamlar vardı. Anlamadım ki, Mərakeş futbol komandası ölkəsinə qalibiyyət sevinci bəxş etdiyi halda, Avropa ölkələrində yarı ac, yarı tox həyat tərzi keçirən sadə mərakeşlilər küçələrə çıxıb niyə dağıtmağa, sındırmağa, qarşılarına çıxan insanları əzişdirməyə çalışırdılar? Belçikanın dövlət bayrağını endirməklə nəyə nail olmaq istəyirdilər? Dükan və bazarlara basqın edib qarətlər etməklə nə qazanacaqlardı ki? Bir epizodda baxdım ki, Bürusseldə bir mərakeşli binanın damına qalxır və çalışır ki, binanın üzərindəki, dövlət bayrağını endirsin. Polis bayrağı mərakeşlinin əlindən alır, digər polis isə onun bədəninin müxtəlif yerlərinə zopa ilə vurub, onu binadan aşağı salır. Deyirəm ki, Mərakeş futbol komandası rəqiblərinə qalib gələndə mərakeşlilər küçələrə çıxıb dağıdırlar, görən uduzsalar nə baş verər? Təbii ki, nələr edə biləcəklərini komandanın uduzmasından sonra bilmək olar. Hələlik isə, komanda irəliləyir və irəlilədikcə də azarkeşlər qol-qanad açıb uçurlar. Hərdən fikirləşirəm ki, elə məqam ola ki, Mərakeş komandası Fransa futbol komandası üzərində parlaq qələbə qazana. Əminəm ki, bu halda vay düşər fransızların arasına. Nəzərə almaq lazımdır ki, Marseldə, Parisdə mərakeşlilərin sayı yüz minlərlədir. Qələbənin sevincindən göylərdə uçan on minlərlə mərakeşli hürrey verib, uçarlar Fransa Senatının içərilərinə, ermənipərəst senatorları o ki var əzişdirib, şil-küt edərlər. Sonra da üz tutarlar prezidentin iqamətgahına, Makronu tutub, eşşək balası qədər əzişdirərlər. Sonra da deyələr ki, di get, erməni bacının yanına. Beləcə Mərakeş futbol komandası Qətərdə finala yüksələ bilməsə, də azarkeşləri Fransanın şəhərlərini fəth edib, Avropada yeni tarix yazarlar.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə