Fəxrəddin Altun Suriyadakı humanitar böhranla bağlı dünyaya səslənib

Suriyada İkinci Dünya Müharibəsindən bu yana ən acınacaqlı humanitar fəlakətin şahidi oluruq. SİA-nın verdiyi xəbərə görə bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

Bu böhran Avropa İttifaqının sərhədlərində baş verir. Bu kritik anda avropalı dostlarımızı və Aİ-ni bir daha Türkiyə ilə məsuliyyəti və yükü bölüşməyə çağırırıq. Heç vaxt gec deyil! Suriyada böhran başladığı gündən bəri Türkiyə bu ölkədə humanitar fəlakətlərin nəticələrini yüngülləşdirmək üçün təhlükəsiz zonalar yaratmağı təklif edir. Egey və Aralıq dənizlərində baş verən faciələr bunun zəruri olduğunu göstərir. Bütün avropalı dostlarımızı Suriyada təhlükəsiz zona yaratmaqda bizimlə əməkdaşlığa dəvət edirik. Aİ üzvləri də verdiyi sözlərə əməl etməli və qaçqın məsələsində Türkiyə ilə razılaşmaya uyğun hərəkət etməlidirlər. Onlar Türkiyədə yaşayan qaçqınların vəziyyətinin yaxşılaşdırılmasına kömək etməlidirlər. Suriya böhranından qaynaqlanan qeyri sabitlik, terrora qarşı mübarizədə ölkələrin ortaq səylərinə ehtiyac olduğunu göstərir. Ölkələrin sərhədləri transmilli təhdidlərə qarşı özləri tərəfindən qoruna bilməz. Axı Avropanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyindən asılıdır. Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...